Ərdoğandan Rusiya və NATO ilə bağlı mühüm açıqlamalar


Hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər tarixdə ən yüksək səviyyədədir.


Qaynarinfo "Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dəniz sahilində yerləşən Trabzon şəhərində gənclərlə görüşündə deyib.

Ərdoğanın sözlərinə görə, bu fakt ölkələrə ikitərəfli ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

O, həmçinin qeyd edib ki, Türkiyə Rusiya ilə strateji məhsullar, ilk növbədə təbii qaz tədarükü sahəsində sıx əməkdaşlıq edir.

Ərdoğan Türkiyədə rusiyalı mütəxəssislərin köməkliyi ilə tikilən Akkuyu AES-in tamamlanacağına və 2023-cü ildə elektrik enerjisi istehsal etməyə başlayacağına da ümid etdiyini bildirib.

Bununla bağlı Türkiyə prezidenti Rusiya ilə birgə Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisinin mümkünlüyünə də işarə edib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyənin xarici siyasətinin məqsədi "yeni düşmənlər qazanmaq deyil, mümkün qədər çox dost qazanmaqdır”.

Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini almasına toxunan Türkiyə lideri bunun Türkiyə ilə Rusiya arasında əməkdaşlığın inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb. Dövlət başçısı Rusiya komplekslərini "çox vacib hücum müdafiə sistemi” adlandırıb.
O, Ankaraya S-400 sistemlərinin verilməsinin Türkiyənin daxili işi olduğunu və beynəlxalq ictimaiyyəti, o cümlədən ABŞ-ı narahat etməməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansına üzv olan ölkələr öz silahlı qüvvələrinin ehtiyacları üçün silahların alınması ilə bağlı müstəqil qərar qəbul etmək hüququna malikdirlər.

"Bu, bizim qərarımızdır. Biz bu qərarı verdik, Rusiya ilə razılaşdıq. NATO nöqteyi-nəzərindən bu addımın heç bir mənfi tərəfi yoxdur", - o deyib.
Türkiyə dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu