Zakir Həsənovun Türkiyəyə səfəri başlayıb
Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.
Türkiyənin “Haber Global” telekanalı xəbər verir ki, Azərbaycan hərbi nümayəndə heyəti bu gün səhər saatlarında “Anıtqəbir” memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyub.