Xəzərdə qanunsuz balıq ovu ilə bağlı araşdırma başladı


Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslər barəsində araşdırma başlanıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, araşdırmalar zamanı Qırmızı Kitaba daxil edilmiş balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu etmiş şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar oldunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu etmiş şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1.760 və 6.820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu