Rektor: “Qırmızı diplom”un heç bir üstünlüyü yoxdur”
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “qırmızı diplom”un hazırda üstünlüyünün olmamasından danışıb.
AFN.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Rektorun sözlərinə görə, sovet dövründə müəyyən tələblərə cavab verən məzunlara “qırmızı (fərqlənmə) diplom” verilirdi:
“Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir.
Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı diplom” verilir”.