Azərbaycan cüdo millisində koronavirusa kütləvi yoluxma

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərində olan Azərbaycan cüdoçularından 5 nəfər koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.
Bildirilib ki, yoluxanların sayı yenə arta bilər.
Turnirdə iştirak edən digər komandaların da heyətində yoluxmalar var.