Azərbaycan Ordusuna yeni raket və döyüş sursatları alınıb
![](/uploads/posts/2021-12/1640788101_mudafie-nazirliyi.jpg)
"Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb".
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.
O bildirib ki, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.