Bakıda 84 məktəbdə operativ monitorinq keçirilib
Bakıda 84 məktəbdə operativ monitorinq keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər aparılıb.
İlkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.
Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılaraq zəruri inkişafetdirici tədbirlər görüləcək.