Helikopterin “qara qutu”sunun görüntüləri yayımlanacaq


“Helikopterin istismar müddəti 35 ildir. 2020-ci ildə helikopter təmirə göndərilib, 2021-ci ildə sınaq uçuşları keçirilib və təhvil verilib”.


AFN xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, “Qaraheybət” aviasiya poliqonunda helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.

O bildirib ki, helikopterin uçuş müddəti 17 dəqiqə 24 saniyə təşkil edib:

“Uçuşdan öncə hər hansı nasazlıq müəyyən edilməyib. Helikopter enmə əməliyyatını yerinə yetirərkən qəzaya uğrayıb. Hadisənin baş verməsinə 25 saniyə qalmış pilotların küləyin istiqamətini nəzərə almayaraq səhv hərəkətlərinə görə qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də, sürətli enmə və helikopterin quyruğunun yerlə təması qəzanı qaçılmaz edib. “Qara qutu”dakı məlumatların araşdırılması zamanı çəkilən fotoşəkillər də sizə təqdim ediləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu