XİN: “Gürcüstan “3+3” formatında iştirak imkanını nəzərdən keçirmir”


Gürcüstan “3+3” formatı çərçivəsində dekabrın 10-da Moskvada keçiriləcək ilk toplantıda təmsil olunmayacaq.


Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, Gürcüstan bu əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirmir.

“XİN 3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı aydın mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”, - sənəddə deyilir.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu