Gömrük əməkdaşları "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər


IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də "Könüllü gömrükçü" dəstəsinin üzvləri növbəti dəfə qoşulub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "ASAN xidmət" mərkəzlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin də qatıldığı kampaniya çərçivəsində Xocasən qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri bu gün Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu