Küləkli hava nə vaxta qədər davam edəcək?


“Hazırda Bakıda müşahidə olunan güclü külək axşam saatlarına qədər davam edəcək”.


AFN xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə paytaxtda gecədən bəri müşahidə olunan küləyin gücü hazırda 30-35 metr/saniyəyə çatıb: “Gün ərzində də Bakıda güclü şimal-qərb küləyi davam edəcək. Gecəyə doğru zəifləyəcək. Sabahdan etibarən isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək”.

G. Məmmədova bildirib ki, hazırda rayonlarda dağlıq ərazilərdə yağıntılı hava müşahidə olunur: “Qubanın Qrız ərazisində qarın hündürlüyü 8 sm-ə çatıb. Bölgələrdə də noyabrın 17-si səhər saatlarından etibarən yağıntıların kəsəcəyi, havanın mülayimləşəcəyi gözlənilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu