Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb


“Bu gün saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”.


Bu barədə AFN.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir:

“Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 6, Aran rayonlarında 13 dərəcəyədək, dağlıq rayonlarda isə 9 dərəcə isti qeydə alınıb”.
O bildirib ki, ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarında tədricən zəifləyəcək:

“Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu