DİN Salyanda azyaşlının nikaha sövq edilməsi məsələsini nəzarətə götürüb
Azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
AFN xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb: "Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaqdır".