Gəncədə üç nəfərin öldüyü yanğının təfərrüatı məlum olub
Gəncədə ikisi azyaşlı olmaqla üç nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatı məlum olub.
Səhər saatlarında şəhərin "Natavan-2" qəsəbəsində fərdi yaşayış evində yanğın olub. Hadisə zamanı evdə olan 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu və onun övladları - 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızı yanaraq dünyasını dəyişiblər.
İlkin ehtimallara görə, ev elektrik naqillərində yaranan qısaqapanma səbəbindən alışıb. Belə ki, evi isitmək üçün elektrik sobasından istifadə edildiyi və naqillərdə qısaqapanma yarandığı ehtimal olunur. B.Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir.
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları əşyalarla birgə tamamilə yanıb.(Report)