Azərbaycanda pay torpaqlarının sənədləşdirilməsinə görə rüsum tutulmayacaq
Azərbaycanda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.