Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən APA-ya bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq.
Əmlak Məsələləri Dövlət Xidməti bu barədə qanunvericilik aktı hazırda qəbul edilmədiyi üçün bu halda hansı sənədsiz evlərin sənədləşdirilməsinin mümkün olmayacağı barədə sualı isə cavablandırmayıb.