Rusiya buğdanın ixrac rüsumunu artırır


İyunun 16-dan etibarən Rusiya buğdasının ixrac rüsumu 1 tonu üçün 33,3 ABŞ dollarına artırılacaq. Əvvəllər rüsum 29,4 dollar təşkil edirdi.


Bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Arpa üzrə rüsum dəyişməz qalacaq – 39,6 dollar. Qarğıdalı rüsumu ton üçün 50 dollardan 48,2 dollara qədər azaldılıb. Yeni rüsum dərəcələri 22 iyun tarixinədək tətbiq edilib.

Buğdanın rüsumu ixrac qiyməti ilə 200 dollar arasındakı fərqin 70%-ni təşkil edir. Eyni formul arpa və qarğıdalı üçün də tətbiq olunur, lakin baza qiyməti ton üçün 185 dollar götürülür. Rusiyada taxıl ixracında üzən rüsum mexanizmi aprel ayından etibarən tətbiq olunur.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu