İrlandiya yığması Azərbaycanla oyunun hazırlıqlarına itkilərlə başlayıb


İrlandiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.


Bakıya səfər ərəfəsində iki futbolçu məşqlərdən kənarda qalıb. Mərkəz müdafiəçisi Şeyn Daffi nənəsinin vəfatı ilə əlaqədar icazəlidir, hücumçu Aaron Konnolli isə xəstələnib. Hər iki oyunçu millinin düşərgəsinə Bakıya səfər ərəfəsində qoşulacaq.

Əvəzində hazırlıq prosesində milliyə ilk dəfə dəvət alan 28 yaşlı forvard Uill Kin iştirak edib. O, əvvəllər İngiltərənin müxtəlif yaş qrupları üzrə yığma komandalarının formasını geyinib.

Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu