Mahir Çağlarla nə danışıb? - Özü açıqladı


“Çağlarla matçdan öncə də danışdıq. Mənə uğurlar arzuladı və İngiltərə ilə bağlı nə lazım olsa, kömək edəcəyini dedi”.


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.

O, “Legiya”nın heyətində “Lester”ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqibin heyətindəki türkiyəli futbolçu Çağlar Söyüncü ilə görüşməsindən danışıb:

“Çağlar uğurlu statistikamın olduğunu dedi. Sonra bir-birimizə telefon nömrələrimizi verdik”.

Emreli qarşılaşmadan sonra geyindiyi və üzərinə 1:0 yazılmış formadan da söz açıb:

“Həmin forma “Legiya” klubunun ideyası idi. Artıq bu forma satışa çıxarılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu