“Qalatasaray”ın keçmiş prezidenti vəfat etdi

“Qalatasaray” futbol klubunun keçmiş Prezidenti Duygun Yarsuvat dünyasını dəyişib.
Bu barədə məlumatı Türkiyə mediası yayıb.
Məlumata əsasən, 84 yaşlı Duygun Yarsuvat 2020-ci ilin sonlarında koronavirusa yoluxub və bir müddət xəstəxanada müalicə alıb.
Qeyd edək ki, D. Yarsuvat 2014-cu il oktyabrın 25-dən 2015-ci il mayın 23-nə kimi “Qalatasaray” klubuna rəhbərlik edib.