Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri arasında telefon danışığı baş tutub
Bu gün, sentyabrın biri Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Ətraflı fikir mübadiləsi zamanı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli razılaşmalarının icrası, ikitərəfli və regional gündəliyə aid bir sıra aktual məsələlər müzakirə edilib.