Özbəkistan XİN: “Taliban”la təmasları dəstəkləyirik”


Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ilə təmaslar barədə məlumat yayıb.


“Report” “TASS”a istinadən xəbər verir ki, məlumatda Özbəkistan hakimiyyətinin sərhədlərin mühafizəsi və sərhədyanı bölgələrdə sabitliyin qorunması üçün “Taliban”la sıx təmasları dəstəklədiyi ifadə olunub.

Bildirilib ki, Özbəkistanın Kabil və Məzari-Şərif şəhərlərindəki diplomatik missiyaları fəaliyyətini davam etdirir.

Həmçinin sərhədlərin pozulması ilə bağlı istənilən addıma qarşı Özbəkistan qanunvericiliyinə uyğun tədbirlər görüləcəyi qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu