Messinin göz yaşını sildiyi salfet 1 milyon dollara satılır - FOTO


Lionel Messinin göz yaşını sildiyi salfet hərraca çıxarılıb.


Bununla bağlı elan “Mercado Libre” platformasında yerləşdirilib.

Elana əsasən, argentinalı ulduzun “Barselona” klubundan gedişi ilə bağlı mətbuat konfransında çıxışı zamanı göz yaşlarını sildiyi salfet 1 milyon dollar olaraq qiymətləndirilib.

Qeyd edək ki, Messi avqustun 8-i baş tutan mətbuat konfransı zamanı “Barselona” klubundan gedişi barədə danışarkən emosiyalarına hakim ola bilməyib və ağlayıb.(Qafqazinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu