Millimizin məşqçiləri və idmançımız cəzalandırıldı


Beynəlxalq Sambo Federasiyası Azərbaycan millisinin iki məşqçisi və bir idmançısını cəzalandırıb.


Sambo millimizin üzvü Emil Həsənov yarışlardan bir illik kənarlaşdırılıb.

Həmçinin böyüklərdən ibarət millimizin baş məşqçisi Bəxtiyar Hacıyev iki, yeniyetmə və gənclərdən ibarət yığmamızın baş məşqçisi Yaqub Abdullayev dörd il müddətinə cəzalandırılıb.

Qeyd edək ki, onların cəzalandırılması mayın sonlarında Kiprin Limassol şəhərində keçirilmiş yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatı ilə bağlıdır. Həmin vaxt 71 kq çəki dərəcəsinin finalında Emil Həsənovla Rusiya samboçusu Məhəmməd Hacıyev arasında görüş keçirilib. Hakimlər ağrıdıcı fəndlə qalib gəldiyini əsas gətirərək qələbəni Rusiya idmançısına verib.

Bu isə Azərbaycan nümayəndə heyətinin narazılığına səbəb olub və sərt şəkildə bu qərara etiraz ediblər. Nəticədə bütün millimiz yarışdan diskvalifikasiya olunub.

Mənbə: Oxu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu