Ərdoğan naziri işdən çıxardı

Türkiyə Prezidenti Ərdoğan Təhsil naziri Ziya Səlcuku vəzifəsindən azad edərək, yerinə nazirin müavini mahmut Özeri təyin edib.
Ziya Səlcuk 2018-ci ilin 10 iyulunda bu vəzifəyə təyin olunmuşdu.
Yeni nazir Mahmut Özer 1970-ci ilin mayın 5-də Tokatda anadan olub. O 1992-ci ildə İstanbul Texniki Universitetini bitirib.
“Resmi Gazete”nin yazdığına görə, təhsil nazirinin 3 müavini postuna yeni təyinatlar olub. Bunlar professor Ahmet Emre Bilgili, professor Petek Aşkar ve Dr. Sadri Şensoydur.