“Baku Bus”ın avtobusu piyadanı vurub öldürdü


“Baku Bus” MMC-yə məxsus avtobus piyadanı vurub.


Oxu.Az-ın məlumatına görə, Gürcüstan vətəndaşı 1966-ci il təvəllüdlü Niyaz Qasımov idarə etdiyi 90-JU-826 dövlət nömrə nişanlı 125 saylı xətt avtobusu ilə yolu keçən 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Təranə Zamanovanı vurub.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu