Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdə "patı" və heroin aşkarlandı
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini - Rəvan Abdullayev və Samir Qasımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AFN-ə verilən məlumata görə, saxlanılarkən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Abdullayevdən heroin, S.Qasımovdan isə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.