Əfqanıstanda son sutkada 200-ə yaxın terrorçu məhv edilib


Əfqanıstan hökumət qüvvələri ötən sutka ərzində təqribən 200 terrorçunu zərərsizləşdirib.


191 terrorçu zərərsizləşdirilib, 154-ü isə yaralanıb. Son sutka ərzində hərbi əməliyyatlar Paktiya, Qilmend, Qanzi, Host, Qəndahar, Nimruz və Takar bölgələrində gedib. Bundan başqa, əfqan qüvvələr 14 əldəqayırma partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib.

Qeyd edək ki, “Taliban” hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu