İran XİN Vyanada nüvə proqramı ilə bağlı danışıqların sona yaxınlaşdığını bildirib


Avstriyanın Vyana şəhərində İranın nüvə proqramına dair davam edən danışıqların sona yaxınlaşdığını deyə bilərik.


Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bildirib.

O deyib ki, bəzi həll olunmamış məsələlər hələ də qalır, lakin həllini tapan məsələlər daha çoxdur: “Bu məsələlərin həlli uzun bir prosesdən keçib və heç də asan olmayıb. Prosesin qalan hissəsi isə heç də asan olmayacaq”.

XİN sözçüsü ölkəsi ilə ABŞ arasında məhbusların mübadiləsi məsələsinə də toxunub. S. Xətibzadə qeyd edib ki, məhbusların mübadiləsi məsələsi həmişə prioritet olub və bu sahədə müzakirələr davam etdirilir.(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu