Rüşvət alan yol polisi barədə araşdırmalar başlandı - RƏSMİ
Sosial şəbəkələrdə yol polisi əməkdaşının rüşvət alması barədə görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:
“Hadisə barədə məlumatımız var. Hazırda fakt üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək”.