Ərdoğanın Baydenə hədiyyəsi diqqət çəkdi - FOTO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin Brüsseldə baş tutan tarixi görüşündə stoldakı kitab diqqət çəkib.


Türkiyə KİV-nin xəbərinə görə, görüşdə Ərdoğan Baydenə “Türkiyənin terrorizmlə mübarizəsi” kitabını verib.

Sözügedən kitabın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayımlandığı bildirilir.

“Turkey's Fight Against Terrorism” adlı kitabda İŞİD, PKK/YPG ilə mübarizə, “Sülh çeşməsi” hərəkatı, Türkiyənin suriyalılara ev sahibliyi etməsi kimi məsələlərdən bəhs olunur.

Qeyd edək ki, liderlərin görüşü təxminən 45 dəqiqə çəkib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu