Erməni generaldan şok açıqlama: Azərbaycan ordusu bölmələrini əhatəyə almaq istəyirdik...


Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Edvard Asryan Azərbaycan ordusunun altı erməni diversantı zərərsizləşdirməsi ilə bağlı açıqlama verib.


Bu barədə Ermənistan mətbuatı yazıb.

General Asryanın sözlərinə görə, erməni hərbçiləri Azərbaycan ordusu bölmələrini əhatəyə almaq məqsədilə yeni mövqe tutmağa çalışıblar. Lakin Azərbaycan Silahlı Qüvvələri qabaqcıl kəşfiyyat vasitələrindən istifadə etməklə erməni hərbçilərin hərəkətini müəyyən edib.

Erməni general rəsmi Bakıya zərərsizləşdirilən terrorçuların qaytarılması üçün bir saat vaxt verildiyini bildirib. Kapitulyant ölkənin rüsvayçı ordusunun rəsmisi üçün olduqca cəsarətli sayıla biləcək bu çıxış daxili auditoriyanı sakitləşdirməyə yönəlsə də, bu sakitlik çox güman ki, Asryan çıxışında növbəti cümləni səsləndirənə qədər davam edib. Belə ki, baş qərargah rəisinin müavini özü də bilmədən təmsil etdiyi ordunun acizliyini ortaya qoyub və verilən bir saatlıq vaxtın artıq başa çatdığını bildirib.

Beləliklə Azərbaycanla təhdid dilində danışmağa cəhd etmiş general cəmi bir neçə saniyə sonra bunun əbəs yerə olduğunu bütün erməni xalqına göstərib.

Paşinyanın bu yaxınlarda yeni vəzifə verdiyi, buna qədər isə onun istefasını tələb edən general Asryanın səsləndirdiyi növbəti fikirlər daha acınacaqlı olub.

O bildirib ki, sözügedən vaxt tamam olan kimi rusiyalı tərəfdaşları erməni tərəfi ilə əlaqə yaradıb və Azərbaycanla danışıqlara başladıqlarını söyləyiblər. Erməni general məhz bu səbəblə müvafiq tədbir görmədiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu