İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ! Bu qadağa ləğv oluna bilər


"Epidemioloji vəziyyət nəzərə alınaraq ölkədə tətbiq edilən məhdudiyyətlərdə yumşalmalar ola bilər".



Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Cavid Osmanov bildrib.

O əlavə edib ki, ölkədə mövcud karantin rejimi iyun ayının birinə kimi nəzərdə tutulub: "Amma koronavirus pandemiyası davam etdiyindən Operativ Qərargah tərəfindən ölkədəki epidemioloji vəziyyət təhlil olunaraq karantin müddəti növbəti dəfə uzadıla bilər. Digər tərəfdən epidemioloji vəziyyət nəzərə alınaraq ölkədə tətbiq edilən məhdudiyyətlərdə yumşalmalar ola bilər. O cümlədən vəziyyətin nəzarət altında saxlanılması mümkün olarsa, ölkədaxili avtobusların və dəmiryol nəqliyyatının açılması baş verə bilər.

Qarşıdan yay günləri gəlir. Yay aylarında turistlərin səyahətləri daha çox olur. Nəzərə alsaq ki, quru sərhədlərin çoxu bağlıdır, bəzi ölkələrə hava reysləri bərpa olunmayıb, bu baxımdan daxili turizmə üz tutanların sayı çox olacaq. Bunu nəzərə alaraq həm avtobus, həm də dəmiryol nəqliyyat vasitəsilərinin fəaliyyətini bərpa etm\əsi daxili turizmə təkan vermiş olacaq. Rayonlardakı hotellər, istirahət mərkəzləri və ictimai iaşə obyektlərinin müəyyən qaydaları gözləməklə və karantin qaydalarına əməl etməkə fəaliyyət göstərməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Hesab edirəm ki, əgər belə bir addım atılarsa, buna görə müəyyən qaydalar hazırlanacaq. Çünki insanların birdən-birə kütləvi şəkildə müəyyən yerlərə toplaşması koronavirusa yoluxanların sayında yenidən artıma səbəb ola bilər".

İqtisadçı ekspert Rəşad Həsənov BAKU.WS-ə qeyd edib ki, turistlərin hərəkət istiqamətini müəyyənləşdirməsində ən vacib məsələlərdən biri də nəqliyyat və nəqliyyatın qiymətləri məsələsidir: "Ümumi qiymətləndirmələr onu göstərir ki, səfər xərclərinin 1 faiz artması, turist sayının 2 faiz azalmasına səbəb olur. Bu, turizm sahəsinin bütün seqmentlərinə aiddir. Burda məsələ turistin xərclərindən gedir.

Hesab edirəm ki, əhalinin sağlamlığı, pandemiya risklərin qorunması vacib məsələdir. Eyni zamanda məsələyə daxili turizmin inkişafı apsektindən baxsaq, kütləvi sərnişindaşıma xidmətlərinin açılması, qoyulan məhdudiyyətlərin aradan götürülməsi müzakirə olunmalıdır. Sanitar qaydalara riayət etmək, epimiloji vəziyyət nəzərə alınmaq və normalar müəyyənləşdirməklə, bu istiqamətdə xidmətlərin mərhələli şəkildə açılması daxili turizmin müəyyən qədər canlanmasına müsbət töhfəsini verə bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu