Sergey Lavrov BBC və “Radio Svaboda”nın əməkdaşlarının davranışından narazı qalıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Taciksitanın paytaxtı Düşənbədə keçirdiyi mətbuat konfransında BBC və “Radio Svaboda”nın yerli bürolarının əməkdaşlarının davranışından narazı qalıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, narazılığını gizlətməyib.

Rusiyalı nazir danışmağa başlayarkən BBC və “Radio Svaboda”nın müxbirləri mikrofonlarını stolun üstünə yerləşdirməyə başlayıblar. Bu zaman S.Lavorov çıxşını kəsib.

“BBC-nin belə davranış təcrübəsi də var?”, - XİN başçısı kinayə ilə soruşub. O, bundan sonra gülümsəyərək, çıxışına davam edib.

Qeyd edək ki, bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclası keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu