Bakıda qadın evdən 10 min manat oğurlayıb

Bakıda evdə oğurluq edilib.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 9 750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Şükürova saxlanılıb.