Bakı-Qəbələ qatarı sərnişinlərin istifadəsinə veriləcəkmi? - ADY rəsmisi

AFN xəbər verir ki, bunu "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.
O qeyd edib ki, qatar istifadəyə tam hazırdır.
"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".
N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcəyini bildirib.
"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytınızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".