Rusiyada bıçaqla hücum törәdilib, 3 nəfər ölüb


Rusiyanın Yekaterinburq şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.



"Report" xəbər verir ki, E1.RU saytı bu barədə şahidlərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bir neçə nəfər Yekaterinburqdakı dəmir yolu vağzalı yaxınlığında atəş səsləri eşidib.

Hüquq-mühafizə orqanlarındakı mənbə hadisə nəticəsində 3 nəfərin öldüyünü bildirib.

İlkin məlumatlara görə, polis hücum edən şəxsi zərərsizləşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu