"River Pleyt" "Boka Xuniors"la matçdan əvəl 15 futbolçusunu itirdi


"River Pleyt" "Boka Xuniors"a qarşı Argentina Liqa Kubokunun 1/4 final matçına itkilərlə çıxacaq.



"Reoprt" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 15 futbolçunun koronavirus testinin müsbət nəticə verməsidir.

İlk olaraq 10, daha sonra isə 5 futbolçuda infeksiya aşkarlanıb. Həmin şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, bu gecə keçiriləcək "Boka Xuniors" - "River Pleyt" matçı Bakı vaxtı ilə 00:30-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu