"Qalatasaray"ın 3 futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin "Qalatasaray" komandası koronavirusla bağlı son testlərin nəticələrini açıqlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 futbolçuda infeksiya aşkarlanıb.
Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.
Qeyd edək ki, "Qalatasaray"da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb.