Nazir müavini: "Şuşadakı Qazançı kilsəsinin tarixi görkəmi özünə qaytarılacaq"
Bunu APA-ya açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.
O bildirib ki, kilsə təmir edilərək əvvəlki tarixi görkəminə qaytarılacaq: "Ermənilər nə deyirlər, özləri bilər. Başqa cür də ola bilməz, tarixi abidələr həmişə öz tarixi görkəmlərini qoruyub saxlamalıdır".