Zəngilan və Qubadlıda 63 ədəd partlamamış hərbi sursat və mina zərərsizləşdirilib
Bu gün bir qrup jurnalist mediatur çərçivəsində işğaldan azad edilmiş Qubadlı rayonunun Xanlıq kəndində olub.
"Report"un Qubadlıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları tərəfindən Zəngilan və Qubadlıdan tapılan 63 partlamamış hərbi sursat və mina partlayış yolu zərərsizləşdirilib.
Qeyd edək ki, 47 ədəd partlamamış hərbi sursat və mina ilə yanaşı 8 ədəd tank əleyhinə TM-62P2 minası, 2 ədəd piyada əleyhinə OZM-72 minası, 6 ədəd isə tank əleyhinə minanın parladıcısı - MVP2 də məhv edilib.