9 mayda Xocalıda parad keçiriləcəksə... - AMİP sədri


"Sülhməramlı” adlandırılan rus hərbi kontingentinin 9 mayda Xocalıda parad keçirməsinə heç bir halda yol verilməməlidir”.[b][/b]

Bunu Qaynarinfo-ya Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, hərbi parad orada yalnız Azərbaycan əsgərinin iştirakı ilə keçirilə bilər:

"Təbii ki, belə olan halda keçiriləcək paradı da Azərbaycan Müdafiə Naziri qəbul etməlidir. Xankəndi, Xocalı, Xocavənd, eləcə də Qarabağın dağlıq hissəsində yerləşən digər yaşayış məntəqələri Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren əraziləridir və bu baxımdan da əgər orada müvəqqəti missiya yerinə yetirən rus hərbi kontingenti Azərbaycanın Müdafiə nazirinin təyin, təşkil və qəbul edəcəyi paraddan, Milli Ordumuzun generallarının qarşısından "farağat” komandası ilə keçmək istəyirsə, buyurub keçə bilərlər. Yox, əgər bu hərbi parad Azərbaycanın iradəsindən kənar keçiriləcəksə, buna heç bir halda imkan vermək olmaz”.

Partiya sədri onu da əlavə edib ki, Azərbaycan hakimiyyəti, o cümlədən, Xarici İşlər və Müdafiə Nazirlikləri bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməli və rus hərbi kontingentinin növbəti özbaşınalıq cəhdinə son qoymalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu