ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları da yumşaqdır - Politoloq


Bu gün elan edilən qərarların içində ən sərt olanı Rusiyanın suveren borcuna qarşı məhdudiyyətdir. Amma bu sahədə mümkün olan ən yumşaq variant seçilib.


AFN xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni snaksiyaları şərh edərkən deyib. O qeyd edib ki, iyunun 14-dən sonra ilkin bazarda Rusiya Maliyyə Nazirliyi, Mərkəzi Bankı və Milli Rifah Fondu tərəfindən buraxılan dövlət istiqrazlarının satın alınması, eləcə də bu qurumlara borc verilməsi qadağan edilir: "Yəni sanksiya bütün federal qiymətli kağızlara yox, yalnız qeyd olunan tarixdən sonra buraxılacaq yenilərinə şamil ediləcək. Sərt variant bu olardı ki, sanksiya bütün kağızlara (köhnə, yeni) aid edilsin və bunları ikinci (təkrar) bazardan əldə etmək də qadağan olunsun. Başqa bir ehtimal Rusiyanı SWIFT-dən təcrid etmək variantı idi. Bu addımlara getmədilər, sadəcə, əlavə ediblər ki, ehtiyac olarsa, bu sahədə sanksiyaları genişləndirəcəklər.
Yəni Qərbdə hələ də ümid var ki, Putin siyasətinə korrektələr edə bilər. Məhz bu səbəbdən əlyeri qoyurlar və körpüləri yandırmırlar. Həmçinin, əllərindəki bütün barıtı tükətmək istəmirlər. Ümid edirəm ki, heç olmasa, Putini Ukraynaya hücum etmək dəliliyindən vaz keçirə biliblər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu