Azərbaycanlı model ərəb iş adamı ilə ailə qurur - FOTO
AFN xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" məlumat yayıb.
Bildirilir ki, Samirə Ağayeva bu xoş xəbəri Instagram səhifəsində izləyiciləri ilə bölüşüb. Bu cütlüyü onların ortaq dostları tanış edib.
Ağayevanın sözlərinə görə, tanışlığın birinci günündə onlar dalaşıblar. Ancaq qısa zaman ərzində onların münasibəti uğurlu olub və tezliklə toyları olacaq.
Model hazırda işləmir və ticarət layihələrində iştirak etmir. Evləndikdən sonra Samirə şəxsi biznes qurmağı və gözəllik, dəb sahəsində işləməyi planlaşdırır.
Samirə Ağayeva reklam çarxlarında və foto layihələrdə çəkilir. Model Dubayda yaşayır və orada dünya markalarıyla əməkdaşlıq edir. Samirə "Best Fashion Model-2017", "Miss Europe-2018" və "Miss Elegant-2018" kimi titulların sahibidir.