SON DƏQİQƏ: Rusiya xüsusi təyinatlılar göndərdi – Şiddətli toqquşmalar gedir


Rusiya xüsusi təyinatlıları Donetskə göndərib.



Busaat.az xəbər verir ki, Ukrayna mediasının iddiasına görə, son 24 saat ərzində vəziyyət daha da ağırlaşıb. Məlumata görə, bölgədə silah səsləri eşidilir. Tərəflərin ağır silahlardan istifadə etdiyi irəli sürülür. Rusiyameyilli hərbçilər arasında ölənlərin olduğu bildirilir.

Rəsmi Kiyevin iddiasına görə, rusiyameyilli qüvvələr yaşayış məntəqlərində mövqe tutmaqla dinc sakinlər üçün təhlükə yaradır. Separatçılar isə bildirir ki, Ukrayna ordusu 1 ildən sonra ilk dəfə Zolote bölgəsi istiqamətində hücuma keçib. Bu hücum irimiqyaslı əməliyyatlara hazırlıq kimi dəyərləndirilir.

Ria novosti agentliyi də bölgədə şiddətli atışmaların getdiyinə dair xəbər yayıb. Agentliyin məlumatına görə, tərəflər bir-birilərini atəşkəsi pozmaqda ittiham edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu