Azərbaycanın Gürcüstandakı səfirliyində bayraq endirilib
Azərbaycanın Gürcüstandakı səfirliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dövlət bayrağı endirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bayraq Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq endirilib.
Diplomatik nümayəndəliyin binası yaxınlığında faciəyə həsr olunan anım guşəsi yaradılıb.