Başqırdıstanda 39 maşın toqquşub, 10 nəfər yaralanıb
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin Baş İdarəsi bildirib.
Məlumata görə, qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib. Bildirilib ki, çovğun respublikanın 3 rayonunda bir neçə avtomobil yolunu bağlayıb. Sinoptiklərin proqnozuna əsasən, fevralın 24-də Başqırdıstanda 35 dərəcə şaxta olacaq, küləyin sürəti saniyədə 26 metrə çatacaq.