Ermənistanda yollar bağlanıb, qəza olub: ölən və yaralananlar var
Ermənistanda güclü qar yağması və şaxta səbəbindən bütün avtomobil yolları bağlanıb, yaxud təhlükəli elan edilib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yollarda yaranmış vəziyyət səbəbindən qəzalar baş verib. Yanvarın 13-də səhər saatlarında Spitak-Gümrü avtomobil yolunda “VAZ 2107” və “VAZ 21099” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar Spitakdakı hospitala aparılıblar.
Digər yol qəzası isə paytaxt Yerevanda qeydə alınıb. “Mazda”, “BMW” və “Mitsubishi Pajero”unun toqquşması nəticəsində yaralanan 1 nəfəri hospitala yerləşdiriblər.