Yerevanda valyutadəyişmə məntəqəsinə basqın edilib

Yerevanda valyutadəyişmə məntəqələrindən birinə basqın edilib.
“Report” xəbər verir ki, məlumatı “Shamshyan” kriminal xəbərlər saytı yayıb.
Bildirilib ki, hadisə yerinə Ermənistan Polis rəsinin müavini Aram Ovanesyan, Yerevanın polis rəisi Sevan Koçaryan və başqaları gediblər. Kentron və Nork-Maraş inzibati ərazi dairəsinin prokurorları Petros Martirosyan və Narej Movsisyanın hadisə yerinə getməsi cinayətin ciddiliyini göstərir.
Hadisə yerində axtarış aparılır.