Rusiya Azərbaycanla sərhədə ORDU YERİDİR və ERMƏNİSTANA... - ŞOK SƏBƏB
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir hissəsi Sünik (Zəngəzur) bölgəsinə yerləşdiriləcək.
AFN Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyan deyib.
Onun sözlərinə görə, bununla bağlı danışıqlar gedir.
Qarabağ müharibəsindən sonra belə bir addımın səbəbləri diqqət çəkir. Söhbət rus ordusunun Azərbaycanla sərhəddə yerləşdirilməsindən gedir.
Bununla Rusiya Türkiyəyə (NATO) qarşı ikinci cəbhədə mövqelənir.
Ermənistanda rus ordusunun saxlanılmasının ana hədəfi NATO (Türkiyə) ilə sərhəd xətti qurmaq olub. Qarabağ müharibəsi ilə Türkiyənin Azərbaycana gəlişi ruslara görə NATO-nun da gəlişi deməkdir. 102-ci bazanın bir hissəsini Azərbaycanla sərhədə yerləşdirmək planı da uzaq perspektivli hədəf kimi bölgədə NATO-ya qarşı ikinci sərhəd xəttini yaratmaqdır.